"Qəbələ" - "Sumqayıt" matçında "sülh"
Premyer Liqada yeni mövsümə hazırlaşan "Qəbələ" və "Sumqayıt" yoxlama oyunu çərçivəsində üz-üzə gəliblər.
"Mediasport" xəbər verir ki, görüş Sumqayıt stadionunda baş tutub.
2 qolun vurulduğu matçda qalib müəyyənləşməyib - 1:1.
Xatırladaq ki, "Qəbələ" daha əvvəl yoxlama qarşılaşması çərçivəsində "Kəpəz"i məğlub (2:1) edib.


