"Səbail" növbəti transferi açıqladı

1-ci Liqada yeni mövsümə hazırlaşan "Səbail" növbəti transferini açıqlayıb.
"Mediasport" xəbər verir ki, Bayıl klubu qapıçı Vüsal Şabanovu heyətinə qatıb.
23 yaşlı qapıçı ilə 1+1 illik müqavilə imzalanıb.
Gənc qolkiper son olaraq “Araz-Naxçıvan”da çıxış edib.