Azərbaycan millisinin sabiq üzvü instaqramda futbolçu axtarır

Azərbaycan millisinin sabiq üzvü instaqramda futbolçu axtarır

Futbol üzrə Azərbaycan 2-ci Liqasında yarışan “Şəmkir” klubunun baş məşqçisi Vüqar Nadirovun instaqramda etdiyi paylaşım gündəm olub.

“Mediasport” xəbər verir ki, Azərbaycan milli komandası və “Qarabağ”ın sabiq futbolçusu elan verərək komandasına futbolçu axtardığını qeyd edib.

Mütəxəssis gənsləri seçimlərə çağırıb:

“Şəmkir” klubu 2025/2026 mövsümü üçün “ASK Arena”da 3 günlük seçimlər keçirəcək. Seçimlərdə iştirak etmək istəyənlər əlaqə saxlasınlar.

Artıq çəkisi olan, eləcə də əyləncə məqsədilə gələnlər narahat etməsinlər”.