Luis Enrike Barselonada sabiq "Xəzər Lənkəran"lı ilə görüşdü

Luis Enrike Barselonada sabiq "Xəzər Lənkəran"lı ilə görüşdü

Tarixə qovuşmuş "Xəzər Lənkəran"ın sabiq futbolçusu Edu Oriol PSJ-nin baş məşqçisi Luis Enrike ilə görüşüb.

"Mediasport" xəbər verir ki, Azərbaycanda 2013/2014 mövsümündə top qovmuş ispaniyalının Fransa nəhənginə ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazandıran mütəxəssilə görüşü vətənində baş tutub.

Xatırladaq ki, Luis Enrike vaxtilə "Barselona"nın B komandasının baş məşqçisi olub və Oriol həmin illərdə komandada 60 oyun keçirib.

O, Enrike və keçmiş yoldaşları ilə fotosunu “mən həmişə şanslı insan idim və indi də beləyəm” şərhi ilə paylaşıb.