Göz yaşları içində vida - VİDEO
Madrid "Atletiko"sunun hücumçusu Antuan Qrizmann və "Barselona"nın forvardı Robert Levandovski ilə vida tədbirləri keçirilib.
"Mediasport" xəbər verir ki, mövsüm başa çatan kimi İspaniyadan ayrılacaq fransalı "Jirona" ilə oyundan sonra (1:0) göz yaşlarını saxlaya bilməyib.
35 yaşlı forvard iyulda ABŞ-nin MLS klubu "Orlando Siti"yə qoşulacaq.
Bir neçə gün öncə Robert Levandovskinin də "Barselona"dan ayrılacağı haqqında xəbər vermişdik.
Polşalı hücumçu "Kamp Nou"da baş tutan "Betis"lə matçın ardından (3:1) Kataloniya azarkeşləri ilə vidalaşıb.


