34 komanda arasında 3-cü olduq

 34 komanda arasında 3-cü olduq

Çimərlik voleybolu üzrə oğlanlardan ibarət U-20 Azərbaycan millisi Baltikyanı ölkələrin açıq çempionatında uğurla çıxış edib.

"Mediasport" xəbər verir ki, yığmamız Latviyanın paytaxtı Riqada keçirilən yarışda bürünc medal qazanıb.

İbrahim Məmmədov/Muhəmməd Aslanlı cütü üçüncü yeri 34 komanda arasında tutub.

Ölkəmiz turnirdə həm qız, həm də oğlan komandaları ilə təmsil olunub.

Qızların yarışında isə 27 komanda arasında mübarizə aparan Səbinə Əlizadə/Leyla Əliyeva cütü turniri 12-ci pillədə başa vurub.