Milli komandalarımız növbəti oyunlarına çıxır - Avropa Liqası

  Milli komandalarımız növbəti oyunlarına çıxır - Avropa Liqası

Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında ikinci oyununa çıxacaq.

"Mediasport" xəbər verir ki, yığmamız Estoniya ilə qarşılaşacaq.

Görüş saat 18:00-da start götürəcək və "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Faiq Qarayevin baş məşqçisi olduğu millimiz ilk qarşılaşmada İsveçə uduzub - 0:3 (19:25, 14:25, 23:25).

Kişi voleybolçulardan ibarət komandamız isə Lund şəhərində İsveçlə üz-üzə gələcək.

Yığma ilk dueldə Yunanıstana məğlub olub - 3:0 (25:20, 25:22, 25:7).