Yüksək Liqanın finalında hansı komandalar qarşılaşacaqlar?
Kişi voleybolçular arasında Yüksək Liqada finalçılar müəyyənləşib.
"Mediasport"xəbər verir ki, həlledici dueldə "Xilasedici" və "Ordu" kollektivləri qarşılaşacaqlar.
"Xilasedicilər" "Murov Az Terminal"ı yarımfinalın cavab görüşündə də 3:0 hesabı ilə məğlub ediblər.
"Hərbçilər" isə eyni mərhələdə ikinci dəfə "Neftçi"də üstün olublar (3:2, ilk matç - 3:0).
