Azərbaycan klubu Çempionlar Liqasına məğlubiyyətlə başladı

Kişi voleybolçulardan ibarət “Azerreyl” klubu CEV Çempionlar Liqasında mübarizəyə uğursuz başlayıb.
"Mediasport" xəbər verir ki, təmsilçimiz təsnifat mərhələsinin I turunda Serbiyanın “Radniçki” komandasına uduzub.
Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutan görüşdə qonaqların 3:0 hesablı qələbəsi qeydə alınıb.
Tərəflər arasında cavab dueli oktyabrın 29-da keçiriləcək.