Azərbaycan çempionatlarında medal görüşlərinə start verilir

Azərbaycan çempionatlarında medal görüşlərinə start verilir

Qadın və kişi voleyboçuların Yüksək Liqasında final və üçüncü yer uğrunda oyunların tarixləri açıqlanıb.

"Mediasport" xəbər verir ki, qadınlar arasında Azərbaycan çempionu aprelin 24-də, kişilər arasında isə bir gün sonra müəyyənləşəcək.

Medal seriyaları və qaliblər iki görüşdən ibarət oyunlardan sonra məlum olacaq. Mübarizəyə bu gün start veriləcək.

Qadınların yarışında üçüncü yer uğrunda “Milli Aviasiya Akademiyası” və “Gəncə” klubları, finalda isə “Azərreyl” və “Abşeron” komandaları qarşılaşacaqlar.

Kişi voleybolçuların mübarizəsində üçüncü yer uğrunda “Neftçi” ilə “Xilasedici”, finalda “Azərreyl” və “Murov Az Terminal” kollektivləri üz-üzə gələcəklər.

Tərəflər hərəyə bir qələbə qazansalar, xallar da bərabər olsa, "Qızıl set" oynanılacaq.


Yüksək Liqa


Üçüncü yer uğrunda oyun

Qadınlar (birinci oyun)

15:00. “Gəncə” - “Milli Aviasiya Akademiyası”

GİN-nin Voleybol Mərkəzi


Üçüncü yer uğrunda oyun

20 aprel

Qadınlar (ikinci oyun)

15:00. “Milli Aviasiya Akademiyası” - “Gəncə”


Kişilər (birinci oyun)

17:00. “Neftçi” - “Xilasedici”

GİN-nin Voleybol Mərkəzi


Final

21 aprel

Qadınlar (birinci oyun)

15:00. “Azərreyl" - "Abşeron”


Üçüncü yer uğrunda oyun

Kişilər (ikinci oyun)

17:00. “Xilasedici” - “Neftçi”

GİN-nin Voleybol Mərkəzi


Final

22 aprel

Kişilər (birinci oyun)

15:00. “Azərreyl" - “Murov Az Terminal”

GİN-nin Voleybol Mərkəzi


Final

24 aprel

Qadınlar (ikinci oyun)

15:00. “Azərreyl" - “Abşeron”

Mükafatlandırma mərasimi

Milli Gimnastika Arenası


Final

25 aprel

Kişilər (ikinci oyun)

15:00. “Murov Az Terminal” - “Azərreyl"

Mükafatlandırma mərasimi

Milli Gimnastika Arenası