"Ferensvaroş" 3 top buraxıb, Bakıda hücum futbolu oynayacaq"

"Ferensvaroş" 3 top buraxıb, Bakıda hücum futbolu oynayacaq"

"İlk oyundakı qələbə cavab qarşılaşmasının nəticəsinə çox təsir edəcək. Artıq rəqibin evdəki kimi sığortalı oyununu görməyəcəyik. 3 top buraxıblar, Bakıda konkret hücum futbolu oynayacaqlar".

Bu sözləri "Mediasport"a açıqlamasında məşqçi Azər Bağırov deyib.

Mütəxəssis "Qarabağ"ın avqustun 27-də Bakıda UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın "Ferensvaroş" klubu ilə keçirəcəyi cavab qarşılaşması haqda düşüncələrini bölüşüb:

"Rəqibin ilk dəqiqələrdən irəli atılacağını proqnozlaşdırmaq olar. "Qarabağ" əks-hücumlarda və oyuna dominantlıqda özünü yaxşı tərəfdən göstərib "Ferensvaroş"u cəzalandıra bilər. Macarıstandakı matçda gördük ki, rəqib əsasən uzun ötürmələrdə və cinah asmalarında təhlükəlidir. Lakin elə oradakı görüşdə də bunun qarşısını alaraq inamlı qələbə qazandıq. Yalnız bir epizodda boşluq vermişdik. Burada da eyni senari ilə oynamalıyıq. Fikrimcə, ümumilikdə birinci hissədə cütün taleyini həll edə bilərik".

Xatırladaq ki, ötən həftə Budapeştdə 3:1 hesablı qələbə qazanan "Qarabağ"ın "Ferensvaroş"la Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq cavab oyunu saat 20:45-də start götürəcək.