Qvardioladan yubiley çempionluq

Qvardioladan yubiley çempionluq

"Mançester Siti" İngiltərə Kubokunun finalında "Çelsi"ni məğlub edərək qızıl medallara yiyələnib (1:0).

"Mediasport" xəbər verir ki, nəticədə, "şəhərlilər" 8-ci dəfə bu kuboku yiyələniblər.

"Arsenal" (14) və "Mançester Yunayted" (13) yarışda ən çox qızıl medallara sahib çıxan komandalardır.

Bu çempionluqla Pep Qvardiola Premyer Liqa təmsilçisinin heyətində 10 il ərzində 20-ci tituluna yiyələnib.

Onun rəhbərliyi altında klub 6 dəfə İngiltərə çempionatının, 5 dəfə Liqa Kubokunun, 3 dəfə İngiltərə Kubokunun, 3 dəfə Federasiya Kubokunun, 1 dəfə UEFA Çempionlar Liqasının, 1 dəfə UEFA Superkubokunun, 1 dəfə isə FİFA Klublararası Dünya Çempionatının qalibi olub.