Almaniya millisi Portuqaliya yığmasına qarşı - Millətlər Liqası

Bu gün UEFA Millətlər Liqasında "Dördlər finalı" - yarımfinal mərhələsi start götürəcək.
"Mediasport" xəbər verir ki, ilk yarımfinalda bir matç baş tutacaq.
Almaniya millisi doğma meydanda Portuqaliya yığması ilə üz-üzə gələcək.
Münhendəki "Alyans Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Yarımfinalın digər cütündə sabah Ştuttqart şəhərində İspaniya - Fransa görüşü keçiriləcək.