DÇ-də yarımfinal matçlarının başlanma saatları açıqlandı

DÇ-də yarımfinal matçlarının başlanma saatları açıqlandı

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçirilən futbol üzrə dünya çempionatında yarımfinal qarşılaşmalarının başlanacağı saatlar açıqlanıb.

"Mediasport" xəbər verir ki, finala vəsiqənin taleyi iki oyun günündə həll olunacaq.

İyulun 14-də Fransa - İspaniya, 15-də isə İngiltərə - Argentina görüşləri baş tutacaq.

Qeyd edək ki, Dünya Kubokunda final və üçüncü yer uğrunda matçlar iyulun 19-da keçiriləcək.


Dünya Kuboku-2026. Yarımfinal


14 iyul

23:00 Fransa – İspaniya


15 iyul

23:00. İngiltərə – Argentina