ABŞ-dəki dünya çempionatında yarışacaq güləşçilərimizin ADLARI

ABŞ-dəki dünya çempionatında yarışacaq güləşçilərimizin ADLARI

Oktyabrın 12-dən 18-dək ABŞ-nin Las Veqas şəhərində keçiriləcək güləş üzrə U-23 dünya çempionatında yarışacaq Azərbaycan millisinin heyəti açıqlanıb.

"Mediasport" xəbər verir ki, ölkəmiz okeanın o tayında 23 idmançı ilə təmsil olunacaq.

Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov və Sabah Şəriətinin rəhbərliyi altında yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (55 kq), Elmir Əliyev (60 kq), Ayxan Cavadov (63 kq), Məhəmməd Şükürzadə (67 kq), Fərid Xəlilov (72 kq), Ruslan Nurullayev (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), İsmayıl Rzayev (97 kq) və Məzaim Mərdanov (130 kq) mübarizə aparacaqlar.

Baş məşqçi əvəzi Toğrul Əsgərovun rəhbərliyi ilə qadınlardan Nərgiz Səmədova (53 kq), Gültəkin Şirinova (55 kq) və Günay Qurbanova (59 kq) yarışacaq.

Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Salkazanovla Şərif Şərifovun rəhbərliyi altında sərbəst güləşçilərimizdən isə Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Elcan İsmayılzadə (79 kq), Səbuhi Əmiraslanov (86 kq), Anar Cəfərli (92 kq), Zəfər Əliyev (97 kq) və Xetaq Karsanov (125 kq) gücünü sınayacaq.

Gündüz seansının qarşılaşmaları Bakı vaxtı ilə saat 21:30-da, axşam seansının görüşləri 04:45-də başlanacaq.

U-23 dünya çempionatında I-S dərəcəli hakim Bəşir İsazadə və I dərəcəli referi Əli Babayev ədaləti qoruyacaqlar.