Günay üçüncülük mübarizəsində, Ruzanna türkiyəli rəqibinə qarşı

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı keçirilir.
"Mediasport" xəbər verir ki, Günay Qurbanova bürünc medal uğrunda kanadalı Ella Findinqlə qarşılaşacaq.
Ruzanna Məmmədova (62 kq) isə yarımfinalda türkiyəli Büşra Efe ilə üz-üzə gələcək.
Yarımfinallar Bakı vaxtı ilə 18:00-da, medallar uğrunda qarşılaşmalar 19:00-da başlayacaq.