Azərbaycan yığmasının güləşçiləri Vladiqafqazda 8 medal qazandılar
Sentyabrın 5-6-da Rusiyanın Vladiqafqaz şəhərində güləş üzrə “Xadartsev qardaşlarının kuboku” yarışı keçirilib.
"Mediasport" xəbər verir ki, sərbəst güləşin əfsanələri Aslan və Maxarbek Xadartsev qardaşlarının xatirəsinə həsr olunan yarışda 10-a yaxın ölkədən 100-dən çox idmançı mübarizə aparıb.
Milli komandanın baş məşqçisi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında ənənəvi turnirə iştirak edən yığmamızın 8 üzvü fəxri kürsüyə qalxıb.
Zirəddin Bayramov (70 kq), Arseniy Djioyev (86 kq) və Giorgi Meşvildişvili (125 kq) qızıl mükafat əldə ediblər.
Osman Nurmaqomedovla (92 kq) və Xetaq Karsanov (125 kq) ikinci yeri tutub.
Cəbrayıl Hacıyev (79 kq), Maqomedxan Maqomedov (97 kq) və Muxamad Qantemirov (125 kq) isə üçüncü pillədə qərarlaşıb.







