Azərbaycanın beynəlxalq dərəcəli hakimi 85 yaşında vəfat etdi
Azərbaycan güləş ictimaiyyətinə itki üz verib.
"Mediasport" xəbər verir ki, tanınmış idman xadimi və beynəlxalq dərəcəli hakim Məkan Zalov 85 yaşında dünyasını dəyişib.
O, Monreal-1976 və Moskva-1980 Yay Olimpiya Oyunlarının güləş yarışlarını idarə edib.
Həmçinin Azərbaycanda bu idman növünün inkişafına mühüm töhfələr verib.
Məkan Zalov uzun illər hakimlik fəaliyyəti ilə yanaşı, güləşin təşkilati və hakim hazırlığı sahəsində də böyük işlər görüb.
