Fiziyev Bakıda keçirilən UFC-nin əsas döyüşündə qalib gəldi
UFC-nin (Mütləq Döyüş Çempionatı) Bakıda təşkil olunan "Fight Night" turniri baş tutub.
"Mediasport" xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışda gecənin bütün qarşılaşmaları keçirilib.
Əsas döyüşdə yüngül çəkidə rinqə çıxan təmsilçimiz Rafael Fiziyev meksikalı Manuel Torresi ikinci raundda nokaut edib.
Xatırladaq ki, turnirin digər görüşlərində idmançılarımızdan Tahir Abdullayev braziliyalı Cefferson Nasimentoya qalib gəlib, Fərman Həsənov ABŞ təmsilçisi Erik Nolanı məğlub edib.
Nazim Sadıxov isə braziliyalı Mateus Kamiloya məğlub olub.


