AFFA stadion probleminə görə "Neftçi"ni 2000 manat cərimələdi

AFFA stadion probleminə görə "Neftçi"ni 2000 manat cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Mediasport" xəbər verir ki, iclasda Misli Premyer Liqasının II turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

22.08.2026-cı il tarixində Misli Premyer Liqasında II turun “Zirə” – “İmişli” oyununda “İmişli” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

23.08.2026-cı il tarixində Misli Premyer Liqasında II turun “Neftçi” – “Araz-Naxçıvan” oyununda stadionun işıqlandırılmasında yaranan problem səbəbindən matç 4 dəqiqə dayandığı üçün “Neftçi” komandası 2000 manat cərimə edilsin (maddə 60.2);