Azərbaycan millisi İrlandiyaya AÇ-də 0:16 hesabı ilə məğlub oldu

Azərbaycan millisi İrlandiyaya AÇ-də 0:16 hesabı ilə məğlub oldu

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsindəki ilk oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, komandamız İrlandiya yığması ilə qarşılaşıb.

Görüş britaniyalıların böyükhesablı qələbəsi ilə yekunlaşıb - 16:0.

B Liqasının B1 qrupunun görüşləri Albaniyanın Rroqojinə şəhərində keçirilir.

Futbolçularımızın növbəti rəqibləri oktyabrın 1-də Kosovo, oktyabrın 4-də isə Albaniya yığma olacaq.