Qurban Qurbanov Mourinyonun atmacasına DAHİYANƏ cavab verdi

Qurban Qurbanov Mourinyonun atmacasına DAHİYANƏ cavab verdi

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ÇL-in dünən Bakıda keçirilmiş "Kopenhagen"lə oyunundan sonra keçirilən mətbuat konfransında "Benfika"nın baş məşqçisi Joze Mourinyonun atmacasına münasibət bildirib.

"Mediasport" xəbər verir ki, mütəxəssis "Benfika" "Çelsi"yə uduzdu və Joze Mourinyo dedi ki, problem "Çelsi"yə uduzmaq yox, "Qarabağ"a uduzmaqdır. Ona cavab vermək istəyərdiniz?" sualına özünəməxsus cavab verib:

"Yox. Mourinyoya nə sual, nə də cavab verə bilərəm. Çünki o Mourinyodur, dahi məşqçilərdən biridir".

Xatırladaq ki, "Qarabağ" ilk turda səfərdə "Benfika"nı 3:2 hesabı ilə məğlub etdikdən sonra istefaya göndərilən baş məşqçi Brunu Lajini məhz Joze Mourinyo əvəzləyib.