Millimizin Macarıstanla DÇ matçını portuqal hakimlər idarə edəcəklər

 Millimizin Macarıstanla DÇ matçını portuqal hakimlər idarə edəcəklər

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin DÇ-2027-nin seçmə mərhələsində Macarıstana qarşı keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.

"Mediasport" xəbər verir ki, C Liqasının 3-cü qrupunda keçiriləcək qarşılaşmanı Portuqaliyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Matçın baş hakimi Filipa Pereyra Kunya olacaq. Yan xətdə Andreya Souza və Kristiana Moreyra Koşta işləyəcək.

Dördüncü hakim funksiyasını Sara Alveş yerinə yetirəcək.

Martın 7-də Felksutdakı "Panço Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:30-da başlanacaq.