Sizə federasiya yox, "sosial xidmət üzrə press-reliz mərkəzi" deyək?

Sizə federasiya yox, "sosial xidmət üzrə press-reliz mərkəzi" deyək?

AFFA - Azərbaycan Futbol Federasiyaları Assosiasiyası. Bilməyən yoxdu, demək olar.

Yeni rəhbərliyin gəlişindən bu yana federasiyanı sosial xidmətlərə dəstək üzrə press-reliz mərkəzi də adlandırmaq olar. Hər halda. Gözümüz "mozol" bağlayıb artıq.

FİFA və UEFA-dan asılı qurum vəzifə və məsuliyyətcə ölkədə futbola birbaşa cavabdehlik daşıdığı halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yalan olub yanlarında.

Azərbaycanda bu nazirliyin tabeçiliyində Sosial Xidmətlər Agentliyi də fəaliyyət göstərir. Kifayət qədər müsbət işlərini görürük.

Palçığın içində batmış Azərbaycan futbolunu xilas etməli olan AFFA rəhbərliyinin sosial canfəşanlıqla ortaya düşməsini anlamaq olmur.

Bəylər, gedin, işinizlə məşğul olun da. Olmalı olduğunuz yerdə və işin başında olun da. İkrah yaradırsız e, vallah.

Guyamış, sosiallıq, inklüzivlik proqramlarını, fiziki məhdudiyyətli, daun sindromlu və bu qəbildən olan digər sosial şəxslərlə görüşlər və layihələri ancaq bunlar düşünür, bacarır, başqa da heç kim.

"Mediasport.com.az" idmanın bütün növlərinin təmsilçilərinin, o cümlədən federasiyaların, idman komitələrinin, klubların sosial layihələrini, aksiyalarını dəstəkləyib, dəstəkləyir, daim təşviq və təbliğ edib və belə də omalıdı. Sosial məsuliyyət hər kəsin mənəvi borcudu.

Amma bir şeyi gözə çox soxanda əsl mahiyyəti arxa plana keçir, mənzərə kənardan ikrah formalaşdırır.

AFFA-nın - yəni, Azərbaycan futbolunun problemi xirtdəyinə qədərdi, o tərəfə də keçib - sahəyə cavabdehlik daşıyan qalstuklu bəylər qollarını çirmələyib ölkə futbolunu çirkabın içərisindən çıxarmaq, ciddi, köklü, əməli addımlar atmaq əvəzinə səhər-axşam press-reliz paylatdırmaqla məşğuldu. Əcəb üzünüz var e.

Adınızı dəyişib birdəfəlik sosial xidmət üzrə press-reliz mərkəzi qoyun, biz də işimizi bilək.

Yaxud bir press-reliz də paylatdırıb etiraf edin ki, futbolun bölgələrə yayılmasının yalançı layihəsinin tərkib hissəsi kimi gözümüzə soxaraq Premyer Liqaya gətirəcəyiniz "Karvan"ın, "İmişli"nin və bu kimi onlarla klubun infrastruktur problemlərini həll edə bilmirsiz, 5 milyon dollar ödəyib əcnəbilərə yazdırdığınız Azərbaycan futbolunun İnkişaf Strategiyası (guya) layihəsi pafosdan başqa nəmənə deyil - biz də normal qəbul edərik.

Zatən bacaracağınız iş deyil, nə qədər pul gücünə yalandan özünüzü reklam etdirəcəksiz ki? Nə vaxtadək?

Təqdirəlayiq olsa da, xirtdəyinə qədər problemi olan qurumu heç bir sosial layihə XİLAS EDƏ BİLMƏZ.

Özünüzü gülünc obyektinə çevirməkdən çəkilin, ya da utanmadan belə də davam edin.

Elvin