Avrokuboklardakı təmsilçilərimizin rəqibləri bu tarixdə müəyyənləşir
Yeni mövsüm Azərbaycanın dörd voleybol klubu avrokuboklarda iştirak edəcək.
"Mediasport" xəbər verir ki, Avropa arenasında iki qadın və iki kişi komandamız mübarizə aparacaq.
Son ölkə çempionları "Turan" və "Xilasedici" klubları CEV Çempionlar Liqasında yarışacaqlar.
Çempionatın gümüş mükafatçıları "DH Volley" və "Ordu" komandaları CEV Çelenc Kubokunda çıxış edəcəklər.
Avrokubokların püşkatma mərasimi iyulun 15-də baş tutacaq.


