Millimiz toplanışı başa vurdu

  Millimiz toplanışı başa vurdu

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışını başa vurub.

"Mediasport" xəbər verir ki, Macarıstanda baş tutan toplanışda millimiz bu ölkənin yığması ilə 2 yoxlama oyunu keçirib və qələbə qazanıb (3:0, 3:1).

Daha sonra Sloveniyaya yollanan voleybolçularımız Maribor şəhərində hazırlıq keçiblər.

Faiq Qarayevin rəhbərlik etdiyi yığma burada baş tutan yoxlama oyunlarında Xorvatiya (3:1) və Avstriya (3:1, 3:1) millilərini, ABŞ-nin "Colgate" klubunu (3:0) məğlub edib.

Millimiz Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda komandamızın rəqibləri İsveç və Estoniya milliləri olacaq.