Azərbaycan yığmasının üzvləri Rumıniya çempionu oldular

Azərbaycan millisinin voleybolçuları Yelizaveta Ruban və Oksana Xarçenko Rumıniya çempionu olublar.
"Mediasport" xəbər verir ki, təmsilçilərimizin formasını geyindiyi "Alba" titula final seriyasında "Voluntari"yə qalib gələrək yiyələnib.
Komandalar arasında dördüncü duel "Alba"nın 3:1 hesablı üstünlüyü ilə yekunlaşıb. Ümumi hesabda rəqibindən 3:1 üstün olan "Alba" mövsümü 1-ci pillədə başa vurub.