Azarkeşləri "Neftçi"ni ziyana saldı - Məşqçisinə 2 oyunluq cəza verildi

Azarkeşləri "Neftçi"ni ziyana saldı - Məşqçisinə 2 oyunluq cəza verildi

AFFA İntizam Komitəsi "Neftçi"ni ümumilikdə 5700 manat cərimə edib.

"Mediasport" xəbər verir ki, buna Premyer Liqanın 22-ci turunun "Şamaxı" ilə səfər qarşılaşması səbəb olub.

Paytaxt klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün cərimə 700 manat təyin edilib.

"Ağ-qaralar"ın məşqçisi Dmitro Kara-Mustafa hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün iki oyuna buraxılmayacaq.

"Neftçi" buna görə 5000 manat ziyana düşüb.

Həmçinin, "Neftçi" komandasının texniki zonasının üst hissəsi, eyni zamanda sözügedən klubun azarkeşləri tərəfindən stadionda 35 ədəd oturacaq sındırıldığına görə stadiona dəymiş zərər Bakı təmsilçisi tərəfindən qarşılanacaq.