Azərbaycandan ayrılan futbolçu Malta klubunda forma geyinəcək

 Azərbaycandan ayrılan futbolçu Malta klubunda forma geyinəcək

"Şamaxı"dan ayrılan Antonio Laranın yeni komandası müəyyənləşib.

"Mediasport" xəbər verir ki, braziliyalı müdafiəçi Maltada çıxış edəcək.

Cənubi amerikalı "Floriana" klubu ilə müqavilə bağlayıb.

Anlaşma 2026/2027-ci illər mövsümünün sonunadək nəzərdə tutulub.

28 yaşlı futbolçu ötən ilin yanvarından forma geyindiyi "Şamaxı"da 12 oyunla yadda qalıb.