Azərbaycan UEFA reytinqində neçənci pillədə qərarlaşıb?
UEFA reytinqində Azərbaycanın əmsalı artıb.
"Mediasport" xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS üzərində qələbə qazanmasından sonra (2:0) gerçəkləşib.
"Bayquşlar"ın bu uğurlu nəticəsindən sonra Azərbaycan 0,250 əmsal qazanıb.
Ölkəmiz hazırda 26-cı pillədə yer alıb (18,812 əmsal).
Sıralamaya isə İngiltərə başçılıq edir (101,852 əmsal).



