“Azərbaycan Avropanın ucqar bölgəsi olmaqdan çoxdan çıxıb”
“Qarabağ”ın sabiq müdafiəçisi Yakub Jezniçak "Qarabağ" karyerası və “Sabah”ın Çempionlar Liqasındakı uğuru barədə maraqlı açıqlamalar verib.
"Mediasport" xəbər verir ki, o, “WP SportoweFakty”yə müsahibəsində 2017-ci ildə “Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsinə yüksəldiyi dövrü xatırladıb.
Jezniçak qeyd edib ki, həmin uğur Bakıda böyük coşqu yaratmışdı:
"İnsanlar gecə saatlarında küçələrə axışmışdılar. Əsl bayram ab-havası yaranmışdı. İndi “Sabah”da da oxşar vəziyyət yaşanır".
Mən “Legiya”dan “Qarabağ”a keçərkən yazırdılar ki, keçi otarmağa gedirsən. Amma mən orada gözəl anlar yaşadım.
İnsanlar başa düşməlidirlər ki, Azərbaycanın artıq Avropanın futbol baxımından ucqar bölgəsi olmaqdan çoxdan çıxıb".
Qeyd edək ki, Jezniçak 2017-2019-cu illərdə “Qarabağ”la iki dəfə Azərbaycan çempionu olub, Çempionlar Liqası və Avropa Liqasının əsas mərhələlərində Ağdam klubunun formasını geyinib.
Polşa milli komandasının sabiq futbolçusu "atlılar"ın heyətində 48 oyun keçirib, 1 qolla yadda qalıb.


