Braziliyada "Qarabağ" sevgisi...

Braziliyada "Qarabağ" sevgisi...

“Qarabağ”ın müdafiəçisi Mateus Silva sosial şəbəkədə etdiyi paylaşımla diqqət çəkib.

"Mediasport" xəbər verir ki, vətəni Braziliyada istirahətdə olan "sambaçı" dostu ilə birgə şəklini paylaşıb.

Paylaşımda "Qarabağ"ın loqosunun Braziliya məhəllələrinin birində divara çəkilməsi yer alıb.

Mateus rəsmə görə dostuna təşəkkür edib:

"Mükəmməl işinə və səmimi dostluğuna görə təşəkkür edirəm. Hər kəs sənin qoyduğun qədər gözəl iz buraxa bilmir. Tanrı səni qorusun və xeyir-dua versin, dostum!"

Xatırladaq ki, cənubi amerikalı Ağdam klubunda 2023-cü ilin avqustundan forma geyinir.