Danimarka yığması Bakıda Avropa çempionu adını qazandı

 Danimarka yığması Bakıda Avropa çempionu adını qazandı

Azərbaycanda keçirilən badminton üzrə Avropa çempionatında qarışıq komandalar arasında final görüşü baş tutub.

Mediasport.com.az xəbər verir ki, həlledici qarşılaşmalarda Danimarka və Fransa milli komandaları qarşılaşıblar.

Ümumilikdə rəqibinə 3:0 hesabı ilə qalib gələn skandinavlar qitə çempionu adını qazanıblar.

Danimarkalılar həm qarışıq qoşa yarışında, həm kişilərin fərdi mübarizəsində, həm də qadınların fərdi yarışında Fransadan güclü olublar.