Zəhra Salmanlı və İbrahim Əliyev AÇ-ni gümüş medalla başa vurdu

 Zəhra Salmanlı və İbrahim Əliyev AÇ-ni gümüş medalla başa vurdu

Azərbaycan parabadmintonçuları İstanbulda keçirilən Avropa çempionatında 2 medal qazanıblar.

"Mediasport" xəbər verir ki, Zəhra Salmanlı ingiltərəli komanda yoldaşı Kristen Kumbsla kişi və qadın idmançıların birgə mübarizə apardığı qoşa yarışda (SH-6 kateqoriyası), İbrahim Əliyev isə kişi idmançıların birgə mübarizə apardığı qoşa yarışda (SU-5 kateqoriyası) polşalı komanda yoldaşı Bartlomiey Mroj ilə gümüş mükafat əldə edib.

Xatırladaq ki, millimiz ilk dəfə qitə çempionatında təmsil olunub.

Komandamızın heyətində 8 parabadmintonçu mübarizə aparıb.