Dünya çempionatında ilk dəfə 4 kateqoriyada 6 idmançımız olacaq

Dünya çempionatında ilk dəfə 4 kateqoriyada 6 idmançımız olacaq

Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatında 4 kateqoriyada 6 idmançı ilə təmsil olunacaq.

"Mediasport" xəbər verir ki, 2025-ci ilin 25-31 avqustunda Fransanın paytaxtı Paris şəhərində keçiriləcək dünya çempionatında 4 kateqoriya üzrə 6 badmintonçumuz reytinq sıralamasına əsasan iştirak hüququ qazanıb.

Kişi badmintonçuların şəxsi yarışında Edi Reski Dviçayo və Diki Pangestu, qadın badmintonçuların şəxsi yarışında Keişa Fatimə Zəhra, Kişilərin qoşa kateqoriyasında Aqil Qəbilov-Diki Pangestu qoşası və qarışıq qoşa kateqoriyasında Cahid Əlhəsənov - Həcər Nuriyeva tandemi ölkəmizi dünya çempionatında təmsil edəcək.