CEV Çempionlar Liqası: "Turan" mübarizəyə İtaliyada başlayır
Qadın voleybolçulardan ibarət "Turan" komandası bu gün CEV Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq.
"Mediasport" xəbər verir ki, D qrupunda yer alan ölkə çempionu ilk oyununu İtaliyada "Savino Del Bene"yə qarşı keçirəcək.
Florensiya şəhərində baş tutacaq matç Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Xatırladaq ki, tovuzluların qrupda digər rəqibləri "Eczaçıbaşı" (Türkiyə) və "Tent" (Serbiya) komandaları olacaqlar.

