Azərbaycan badmintonu tarixində İLK: altı idmançımız "Top-100"də

Dünya Badminton Badminton Federasiyasının (BWF) açıqladığı yeni reytinq siyahısında 6 badmintonçumuz 4 kateqoriya üzrə dünyanın 100 ən yaxşıları sırasıında yer alıb.
"Mediasport" xəbər verir ki, Tokio və Paris olimpiadasının iştirakçısı Edi Reski Dviçayo kişilərin şəxsi yarışında 78-ci olub.
Paris olimpiadasında ən gənc badmintonçu olan Keişa Fatimə Zəhra isə qadınların şəxsi kateqoriyasında 57-ci sırada yer alıb.
Kişilərin qoşa yarışında Aqil Qəbilov-Diki Pangestu tandemi reytinqdə 78-ci, Cahid Əlhəsənov-Həcər Nuriyeva cütü isə sıralamada 92-ci pillədə qərarlaşıb.
Azərbaycan badmintonu tarixində ilk dünya tarixində 4 kateqoriya üzrə idmançılarımız yer alır. Daha 2 badmintonçumuz yeniyetmələrin reytinqində ilk 100-lükdə yer alır.
Ülvi Hüseynov yeniyetmə oğlanların şəxsi kateqoriyasında dünya üzrə reytinq sıralamasında 28-ci, Həcər Nuriyeva isə qızların şəxsi kateqoriyasında 53-cü sıradadır.