"Airbadminton" üzrə millimiz dünya çempionatına vəsiqəni təmin etdi

  "Airbadminton" üzrə millimiz dünya çempionatına vəsiqəni təmin etdi

Azərbaycanın airbadminton millisi dünya çempionatına vəsiqə qazanıb.

"Mediasport" xəbər verir ki, Bakıda keçirilən "airbadminton" üzrə Avropa çempionatında komanda yarışında qitənin ən güclü 2-ci komandası adını qazanan milli bu il dekabrın 11-dən 14-nə qədər Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində keçiriləcək dünya çempionatında iştirak hüququ əldə edib.

Dünya çempionatında Avropada Azərbaycandan başqa, son çempion Almaniya və Bakıda keçirilən qitə çempionatının üçüncü olan Bolqarıstan təmsil olunacaq.