Əli Vəliyevdən Berlində bu dəfə gümüş medal - Dünya Seriyası

  Əli Vəliyevdən Berlində bu dəfə gümüş medal - Dünya Seriyası

Azərbaycanlı paraüzgüçü Əli Vəliyev Almaniyanın paytaxtı Berlində keçirilən Dünya Seriyasında növbəti dəfə fərqlənib.

"Mediasport" xəbər verir ki, o, S10 kateqoriyasında 400 metr məsafəyə sərbəst üzmə üsulunda 4:37.18 nəticə ilə gənclər arasında gümüş medal qazanıb.

Yeniyetmə paralimpiyaçı buna qədər eyni kateqoriya üzrə 100 metr məsafəyə "butterfly" (kəpənək) üzmə üsulunda üçüncü olmuşdu.