Maqsud Tahirli Bolqarıstan turnirində 3 qızıl medal qazandı

Azərbaycanın suya tullanma üzrə yeniyetmələrdən ibarət millisi Bolqarıstanda təşkil oluanan "12-ci Sofiya Kuboku"nda uğurla çıxış edib.
"Mediasport" xəbər verir ki, Aminə Həsənbəyova, Ayla Hüseynova, Maqsud Tahirli, Mehri Ağayeva və Muhamməd Hüseynovdan ibarət komanda 3 qızıl medal qazanıb.
Baş məşqçi Anton Melnikovun rəhbərliyi ilə hər üç qızıl medalı Maqsud Tahirli əldə edib.
O, 1 və 3 metrlik tramplin və 5 metrlik platformadan tullanışlarda bütün rəqiblərini geridə qoyub.
Turnirdə Bolqarıstan, Almaniya, Litva, Macarıstan, Norveç, Rumıniya, Serbiya, Xorvatiya, Türkiyə və Yunanıstandan ümumilikdə 160-dan çox idmançı yarışıb.