Şevçenkonun oğlu 7-ci Liqada
Ukraynanın əfsanəvi futbolçularından Andrey Şevçenkonun oğlu Kristian özünə yeni komanda tapıb.
"Mediasport" xəbər verir ki, 20 yaşlı hücumçu İngiltərənin səviyyəcə 7-ci Divizionunda yarışan "Beyzinqstok Taun" klubunda oynayacaq.
Forvard daha əvvəl "Uotford" və "Şolinq"in gənclər komandasında çıxış edib.
Xatırladaq ki, Kristianın atası Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidentidir.

