Yığmamızda rusiyalı məşqçi

Yığmamızda rusiyalı məşqçi

Bədii üzgüçülük üzrə Azərbaycan milli komandasına yeni məşqçi cəlb olunub.

Bu barədə "Mediasport"a Azərbaycan Üzgüçülük Federasiyasından (ASF) məlumat verilib.

Federasiya Yekaterina Matviyenko ilə anlaşıb. O, Oksana Pismennanı əvəzləyib.

Rusiyalı mütəxəssis vətənində, o cümlədən Ukrayna və Misirdə çalışıb.

O, Misirin olimpiya və yeniyetmələrdən ibarət bədii üzgüçülük üzrə milli komandalarında fəaliyyət göstərib.