Azərbaycanda komandanı elitaya çıxaran baş məşqçini yola saldılar
Premyer Liqaya vəsiqə qazanan "Şəfa"da gözlənilməz qərar çıxarılıb.
"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi baş məşqçisi Elgiz Kərəmli ilə vidalaşıb.
1-ci Liqanın qalibi 34 yaşlı çalışdırıcı ilə yola davam etməmək qərarı alıb.
Xatırladaq ki, "Şəfa" gənc mütəxəssisin rəhbərliyi altında ötən mövsüm 2-ci Liqada gümüş medal qazanıb, bu il 1-ci Liqada çempion olub.


