Azərbaycan komandası tarixində ilk dəfə Avropa çempionu oldu

 Azərbaycan komandası tarixində ilk dəfə Avropa çempionu oldu

Azərbaycanın çövkən milli komandası tarixində ilk dəfə Avropa çempionu olub.

"Mediasport" xəbər verir ki, yığmamız Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə Polşada keçirilən qitə birinciliyinin finalında Malta komandası ilə qarşılaşıb.

6:2 hesabı qələbə qazanan millimiz turnirin əsas kubokuna sahib çıxıb.

Yarışda 6 ölkə – Azərbaycan, Türkiyə, Macarıstan, Malta, Polşa və Böyük Britaniya mübarizə aparıb.

Komandamız AÇ-də Türkiyə (3:0) və Macarıstan (4:0) yığmalarını da məğlub edib.

Beynəlxalq çövkən təqviminə əsasən, növbəti kontinental mötəbər yarışlar sentyabrın əvvəlində Özbəkistanda Asiya, sentyabrın sonunda Nigeriyada Afrika və noyabr ayında isə Buenos-Ayresdə Cənubi Amerika çempionatları baş tutacaq.