Azərbaycan millisi bu dəfə Böyük Britaniya yığmasına uduzdu

 Azərbaycan millisi bu dəfə Böyük Britaniya yığmasına uduzdu

Oğlan basketbolçulardan U-18 Azərbaycan milisi Xorvatiyanın Opatiya şəhərində keçirilən Avropa çempionatının B divizionunda 13-16-cı yerlər uğrunda təsnifat mərhələsində növbəti görüşünü keçirib.

"Mediasport" xəbər verir ki, komandamız Böyük Britaniya yığması ilə qarşılaşıb.

Oyun rəqibin qələbəsi ilə yekunlaşıb - 67:55.

Qeyd edək ki, basketbolçularımızın turnirdə son matçı 15-16-cı yerlər uğrunda duel olacaq.