Azərbaycan millisinin üzvü Serbiyada dünya çempionu oldu!

 Azərbaycan millisinin üzvü Serbiyada dünya çempionu oldu!

Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, 7-ci yarış günündə daha bir təmsilçimiz qızıl medal qazanıb, digəri dünya ikincisi olub.

Sərbəst güləşçilər arasında 70 kq çəki dərəcəsində yarışan Kənan Heybətov finalda iranlı Sina Xəliliyə 9:4 hesabı ilə qalib gələrək çempion adını əldə edib.

125 kq çəki dərəcəsində Xetaq Karsanov isə həlledici dueldə iranlı Abolfazl Necada uduzaraq (0:11) gümüş mükafatla kifayətlənib.