Millimizin 4 güləşçisi Rumıniya turnirində qızıl medal qazandı
Azərbaycan güləşçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Yon Kornianu & Ladislav Simon" turnirində uğurla çıxış ediblər.
"Mediasport" xəbər verir ki, yunan-Roma güləşi üzrə təmsilçilərimiz yarışda 5 medal qazanıblar.
Ənənəvi turnirdə böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Fərid Sadıxlı (55 kq), Fərid Xəlilov (67 kq), Qurban Qurbanov (87 kq) və Məzaim Mərdanov (130 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar, İlkin Qurbanov (63 kq) isə bürünc mükafat əldə edib.
Millimiz yekunda komanda hesabında 2-ci yeri tutub.


