Azərbaycanın daha bir qadın güləşçisi Avropa çempionu oldu

Azərbaycanın daha bir qadın güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının qalibi olub.
"Mediasport" xəbər verir ki, 53 kq çəkidə yarışan Elnurə Məmmədova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İdmançımız finalda rusiyalı Yekaterina Karpuşkinaya 3:0 hesabı ilə qalib gəlib.
57 kq-da Gültəkin Şirinova, 65 kq-da isə Ruzanna Məmmədova bürünc medal uğrunda görüşlərdə məğlub olub.
Qeyd edək ki, qadın güləşçilərimizdən ötən gün Günay Qurbanova (59 kq) da Avropa çempionu tituluna yiyələnib.