Komandamız 3 bürünc medal qazandı, 2 güləşçimiz finala çıxdı

Komandamız 3 bürünc medal qazandı, 2 güləşçimiz finala çıxdı

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, Azərbaycanın sərbəst güləş komandası ikinci yarış günündə 3 bürünc medal qazanıb.

İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) 3-cülük mübarizələrini qələbə ilə başa vurublar, Orxan Abasov (79 kq) təsəlliverici görüşdən üzüağ çıxa bilməyib.

Bu gün yarışa qoşulan daha 5 təmsilçimizdən yalnız milliləşdirilmiş legionerlər - 92 kq çəki dərəcəsində Osman Nurmaqomedovla 125 kq çəkidə Giorgi Meşvildişvili ümidləri doğruldaraq finala vəsiqə əldə ediblər.

Digər "sərbəst"lərimiz - Nürəddin Novruzov (61 kq), Ağanəzər Novruzov (71 kq) və Arseniy Cioyev (86 kq) mübarizələrini medalsız yekunlaşdırıblar.

Qitə birinciliyi aprelin aprelin 13-dək davam edəcək.