"Qarabağ"ın iki futbolçunun keçidi üçün ödədiyi məbləğ açıqlandı

"Qarabağ"ın iki futbolçunun keçidi üçün ödədiyi məbləğ açıqlandı

"Qarabağ"ın son transferlərdən Dani Bolt və Kris Kuakuya görə nə qədər xərcə düşdüyü müəyyənləşib.

"Mediasport" xəbər verir ki, bu haqda “Transfermarkt” portalı məlumat paylaşıb.

Qeyd olunub ki, Ağdam klubu Boltun transferi üçün Portuqaliyanın “Torreense” klubuna 400 min avro (təxminən 780 min manat) təzminat dəyib.

Azərbaycan çempionu Portuqaliyanın "Mafra" klubundan heyətinə qatdığı Kuaku üçün 300 min avrosundan (təxminən 585 min manat)  keçib.

Xatırladaq ki, "köhlən atlar" braziliyalı müdafiəçi ilə 3 illik, kotdivuarlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlayıblar.